Herunterladen Inhalt Inhalt Diese Seite drucken

Briggs & Stratton 090000 Bedienungsanleitung Seite 22

Vorschau ausblenden Andere Handbücher für 090000:
Inhaltsverzeichnis

Werbung

Verfügbare Sprachen
  • DE

Verfügbare Sprachen

  • DEUTSCH, seite 55
Qaz çıxışı sisteminə texniki qulluq
göstərin
XƏBƏRDARLIQ
Mühərrik işlədikcə istilik xaric edilir. Mühərrikin hissələri, xüsusilə, səsboğucu
həddindən artıq isti olur.
Təmas olarsa ciddi yanıqlar yarana bilər.
Yarpaq, ot kimi alışan maddələr.
• Təmas etməzdən əvvəl səsboğucunun, mühərrik silindrinin və stablizatorun
soyumasını gözləyin.
• Səsboğucu və silindrdən toplanmış tullantıları təmizləyin.
• Qaz çıxışı sisteminə Kaliforniyanın İctimai Resurs Məcəlləsinin 4442 maddəsində
qeyd edilən qığılcım söndürücü mexanizm taxılmadan mühərrikin ot, yarpaq və
sair kimi materiallar olan yerlərdə istifadəsi bu maddənin tələblərinin pozulması
deməkdir. Digər ştatlar və ya federal ərazilərdə də oxşar qanunlar ola bilər.
Bu mühərrikə quraşdırılmış qaz çıxışı sistemi üçün nəzərdə tutulmuş qığılcım
söndürücü mexanizmi əldə etmək üçün orijinal avadanlıq istehsalçısı, pərakəndə
satıcı və ya dilerə müraciət edin.
Səsboğucu və silindirdən toplanmış tullantıları təmizləyin. Səsboğucuda çat, korroziya
və ya digər problem olub-olmadığını yoxlayın. Deflektor və ya qığılcım söndürmə
mexanizmini çıxarın (varsa) və problem və ya karbon yığılmasının olub-olmadığını
yoxlayın. Problem varsa, işlətməzdən əvvəl ehtiyat hissəni quraşdırın.
XƏBƏRDARLIQ
Ehtiyat hissələr eyni olmalıdır və orijinal hissələrin yerləşdirildiyi kimi eyni qaydada
yerləşdirilməlidir. Digər hissələr də işləməyə, qurğuya zərər vura və ya xəsarətə
səbəb ola bilər.
Mühərrik Yağının Dəyişdirilməsi
Şəkilə baxın: 15, 16, 17, 18 
XƏBƏRDARLIQ
 Yanacaq və onun buxarları həddən artıq tez alışma və partlama xüsusiyyətinə
malikdirlər. 
 Yanğın və ya partlayış ciddi yanıqlara yaxud ölümə səbəb ola bilər. 
 Mühərrik işlədikcə istilik xaric edilir. Mühərrikin hissələri, xüsusilə, səsboğucu
həddindən artıq isti olur. 
 Toxunma zamanı güclü termik yanıqlar ortaya çıxa bilər. 
• Əgər siz yağı yuxarı yağdoldurma böğazlığından boşaldırsınızsa, onda yanacaq
çəni boş olmalıdır, əks halda yanacaq axa bilər və yanğın yaxud partlayış törədə
bilər. 
• Toxunmazdan əvvəl səsboğucunun, mühərrik silindrinin və qoruyucu çəpərinin
soyumasını gözləyin. 
Yağın səviyyəsini yoxlayın və lazım gəldiyi halda əlavə edin. Yağın Səviyyəsinin
Yoxlanması  bölməsinə  baxın . Yağın dəyişdirilməsi tələb olunmursa, lakin siz onu
dəyişmək istəyirsinizsə, aşağıdakı proseduraya əməl edin. 
İstifadə edilmiş yağ təhlükəli tullantıdır və düzgün qaydada utilizasiya edilməlidir. Onu
ev tullantıları ilə birlikdə atmayın. Təhlükəsiz utilizasiya/təkrar emal müəssisələri barədə
öyrənmək üçün yerli orqanlar, xidmət mərkəzləri və ya dilerlər ilə əlaqə saxlayın. 
Yağın Boşaldılması
Yağ yuxarı yağdoldurma boğazlığından boşaldılmalıdır. 
1.
Mühərrik qeyri-işlək, lakin isti vəziyyətdə alışma şamı kabelini çıxarın (D, Şəkil 15)
və onu alışma şamından (E) kənarda saxlayın. 
Birləşmiş batareyalı modellər: Naqil qoşqusunu (F, Şəkil 16) işəsalma
2.
mühərrikindən ayırın.
3.
Yağölçmə çubuğunu çıxarın (A, Şəkil 17). 
4.
Yağı yağ doldurma borusundan süzərkən (C, Şəkil 18), mühərrikin alışma şamını
(E) tərəfini yuxarı doğru tutun. Yağı standart konteynerə tökün. 
XƏBƏRDARLIQ
Əgər siz yağı yuxarı yağdoldurma boğazlığından boşaldırsınızsa, onda yanacaq çəni
boş olmalıdır, əks halda yanacaq axa bilər və yanğın yaxud partlayış törədə bilər.
Yanacaq çənini boşaltmaq üçün mühərrik yanacaq çatışmazlığından dayanana qədər
onu işlədin. 
22
Yağ Əlavə Edilməsi
• Mühərrikin yağının səviyyəsində olduğundan əmin olun.
• Yağdoldurma yerini çirkdən yaxşıca təmizləyin.
• Bax Spesifikasiyalar bölməsinə baxın .
1.
Yağölçmə şupunu çıxarın (A, Şəkil 17) və təmiz parça ilə silin.
2.
Yağı yavaş-yavaş mühərrikin yağ boğazlığına tökün (C, Şəkil 17). Həddindən
artıq doldurmayın. Yağ əlavə etdikdən sonra bir dəqiqə gözləyin və yağın
səviyyəsini yoxlayın.
3.
Yağölçmə şupunu yerləşdirin və sıxın (A, Şəkil 17).
4.
Yağölçmə şupunu çıxarın və yağın səviyyəsini yoxlayın. Yağölçmə şupunun
doluluq göstəricisinin üst nöqtəsi düzgün (B, Şəkil 17) yağ səviyyəsidir.
5.
Yağölçmə şupunu yenidən yerinə salın və sıxın (A, Şəkil 17).
6.
Alışma şamının naqilini (D, Şəkil 15) alışma şamına birləşdirin (E).
Hava Filtrinə Texniki Qulluq
Şəkilə baxın: 19
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları həddən artıq tez alışma və partlama xüsusiyyətinə
malikdirlər.
Yanğın və ya partlayış ciddi yanıqlara yaxud ölümə səbəb ola bilər.
• Mühərriki heç vaxt hava təmizləyici qurğu (əgər varsa) yaxud hava filtri (əgər
varsa) çıxarılmış vəziyyətdə işə salmayın və işlətməyin.
XƏBƏRDARLIQ
Filtri təmizləmək üçün təzyiqli havadan və ya həlledicilərdən
istifadə etməyin. Təzyiqli hava filtri zədələyə bilər və həlledicilər filtri əridər.
Bax Texniki Qulluq Qrafikinə baxın .
Kağız Hava Filtri
1.
Qapağı açın (B, Şəkil 19).
2.
Filtri çıxarın (C, Şəkil 19).
3.
İlkin təmizləyicini (E, Şəkil 19), əgər varsa, filtrdən çıxarın. Qırıntıların aralanması
üçün filtri astaca sərt bir səthə vurun. Əgər filtr həddindən artıq çirklidirsə, onu
yenisi ilə əvəzləyin.
4.
İlkin təmizləyicini maye yuyucu vasitə və su ilə yuyun. Sonra onun havada
tamamilə qurumasına imkan verin. İlkin təmizləyicini yağlamayın.
5.
Qurumuş ilkin təmizləyicini, əgər nəzərdə tutulmuşsa, filtr üzərinə yerləşdirin.
6.
Filtri yerinə taxın (C, Şəkil 19).
7.
Qapağı bağlayın (B, Şəkil 19).
Soyuducu sistemə texniki qulluq
göstərin
XƏBƏRDARLIQ
Mühərrik işlədikcə istilik xaric edilir. Mühərrikin hissələri, xüsusilə, səsboğucu
həddindən artıq isti olur.
Təmas olarsa ciddi yanıqlar yarana bilər.
Yarpaq, ot kimi alışan maddələrin toplanması.
• Təmas etməzdən əvvəl səsboğucunun, mühərrik silindrinin və stablizatorun
soyumasını gözləyin.
• Səsboğucu və silindrdən toplanmış tullantıları təmizləyin.
XƏBƏRDARLIQ
Mühərriki təmizləmək üçün su istifadə etməyin. Su yanacaq
sistemini çirkləndirə bilər. Mühərriki təmizləmək üçün fırça və ya quru parça istifadə
edin.
Bu, hava ilə soyudulan mühərrikdir. Çirk və ya tullantılar hava axınının qarşısını alaraq
mühərrikin çox isinməsinə, nəticədə isə pis işləməsinə və ömrünün azalmasına yol aça
bilər.
1.
Hava girişi şəbəkəsi
2.
Birləşmələr, yaylar və idarəetmələri təmiz saxlayın.
3.
Səsboğucunun (varsa) ətrafı və ya arxasındakı sahələri yanan tullantılardan
təmizləyin.
BRIGGSandSTRATTON.com

Quicklinks ausblenden:

Werbung

Inhaltsverzeichnis
loading

Diese Anleitung auch für:

093j00100000

Inhaltsverzeichnis