Azərbaycan dili
■ Akkumulyator bütün mühit şərtlərinə qarşı
qorunmur. Əgər müəyyən mühit şərtlərinə
məruz qalarsa, akkumulyator zədələnə bilər.
► Akkumulyatoru təmiz və quru saxlayın.
► Akkumulyatoru kilidlənmiş otaqda saxlayın.
► Akkumulyatoru qazon biçən və yükləmə
cihazından ayrı saxlayın.
► Akkumulyatoru elektrik keçirməyən
qablaşdırmada saxlayın.
► Akkumulyatoru ‑ 10 °C və + 50 °C
temperaturlar arasında anbarda saxlayın.
4.10
Təmizləmək, baxmaq və təmir
etmək
Xəbərdarlıq
■ Təmizləmək, baxmaq və ya təmir etmək
zamanında əgər təhlükəsizlik açarı və
akkumulyator öz yerlərindədirsə, bıçaq səhvən
işə salına bilər. Şəxslər ağır xəsarət ala və ya
mülkiyyətə ziyan dəyə bilər.
► Təhlükəsizlik açarını dartın.
► Akkumulyatoru çıxarın.
■ Sərt təmizləyici vasitələr, su şırnağı və ya iti
uclu əşyalarla təmizləmək, qazon biçəni,
bıçağı və akkumulyatoru zədələyə bilər.
Qazon biçən, bıçaq və akkumulyator düzgün
şəkildə təmizlənməzsə, ehtiyat hissələri
düzgün fəaliyyət göstərə bilmir və təhlükəsizlik
qurğuları gücdən düşür. Şəxslər üçün ciddi
xəsarət təhlükəsi mövcuddur.
► Qazon biçən, bıçaq və akkumulyatoru
istifadə təlimatında açıqlandığı kimi
təmizləyin.
■ Qazon biçən, bıçaq və ya akkumulyator
düzgün şəkildə saxlanıb təmir olunmazsa,
ehtiyat hissələri düzgün fəaliyyət göstərə
bilməz və təhlükəsizlik qurğuları gücdən düşə
bilərlər. Şəxslər üçün ciddi xəsarət və ya ölüm
təhlükəsi mövcuddur.
► Qazon biçən və akkumulyatora özünüz
baxmayın və ya təmir etməyin.
► Qazon biçən və ya akkumulyatorun
baxılması yaxud təmiri lazımsa: STIHL
distribyutoruna müraciət edin.
► Bıçağa istifadə təlimatında açıqlandığı kimi
baxın.
■ Bıçağı təmizləmə, baxım yaxud təmir
zamanında, istifadəçi iti kənarlarla özünü kəsə
bilər. İstifadəçi yaralana bilər.
554
5 Qazon biçəni işlətməyə hazır etmək
► Davamlı materialdan olan iş əlcəkləri
geyinin.
■ İtiləmə zamanında bıçaq istilənə bilər.
İstifadəçi özünü yandıra bilər.
► Bıçaq soyuyana qədər dözün.
► Davamlı materialdan olan iş əlcəkləri
geyinin.
5
Qazon biçəni işlətməyə
hazır etmək
5.1
Qazon biçəni işlətməyə hazır
etmək
Hər işə başlamadan əvvəl aşağıdakı mərhələləri
yerinə yetirin:
► Əmin olunmalıdır ki, aşağıdakı parçalar
təhlükəsiz vəziyyətdədir:
– Qazon biçən,
– Bıçaq,
4.6.2.
– Akkumulyator,
► Akkumulyatoru yoxlayın,
► Akkumulyatoru tam yükləyin,
► Qazon biçəni təmizləyin,
► Bıçağı yoxlayın,
► Sükanı quraşdırın,
► Sükanı açın,
7.2.1.
► Biçim işi həyata keçirilirsə və biçilmiş ot, ot
tutan səbətin içində yığılacaqsa: Ot tutan
səbəti yerinə qoyun,
► Biçim işi həyata keçirilirsə və biçilmiş ot,
maşının arxasına tullanılacaqsa: Ot tutan
səbəti yerindən ayırın,
► Kəsim hündürlüyünü tənzimləyin,
► İşləmə şəraitini yoxlayın,
► İşləmə şəratitini yoxlama zamanında 3 LED
qırmızı rəngdə yanıb-sönərsə: Təhlükəsizlik
açarını dartın, akkumulyatoru çıxarın, STIHL
mütəxəssis vasitəçisinə müraciət edin.
Qazon biçəndə bir nasazlıq var.
► Mərhələləri yerinə yetirmək mümkün deyilsə:
Qazon biçəndən istifadə etməyin və STIHL
mütəxəssis vasitəçisinə müraciət edin.
6
Akkumulyatoru yükləmək
və LED-lər
6.1
Akkumulyatoru yükləmək
Yükləmə müddəti müxtəlif təsirlərdən, məsələn
akkumulyatorun temperaturundan və ya ətraf
temperaturdan asılıdır. Faktiki yükləmə müddəti
göstərilmiş yükləmə müddətindən fərqlənə bilər.
Yükləmə müddəti www.stihl.com/charging-times
linkdə verilmişdir.
4.6.1.
4.6.3.
11.3.
6.1.
16.2.
11.2.
7.1
7.3.2.
7.3.3.
12.2.
11.1.
0478-131-9862-B