Xüsusiyyətlər
•
Batareya doldurucusu (doldurucuları) vasitəsilə 1-8 ədəd AA/AAA batareyalarının sinxron doldurulması
•
Doldurma statusunu göstərən LCD ekranı
•
AA 2100 mAh/AAA 850 mAh batareyaları üçün təqribi doldurma müddəti: 2–4 saat
•
Ayrı-ayrı batareyalar üçün batareyanın vəziyyətinin yoxlanması
•
Hər hansı GP NiMH USB doldurucusu üçün uyğun doldurma**
** Dəqiq Modellər: B421, M451 & P461
Doldurma təlimatları
İstifadədən öncə, təlimat kitabçasını tam olaraq oxuyun. Təlimat kitabçasını gələcəkdə istinad etmək
üçün saxlayın.
1. 1–8 ədəd NiMH batareyanı, batareya qütbünə görə (Şəkil 1) 1 və ya 2 batareya doldurucusuna(lara)
taxın.
2. Batareya doldurucusunu(larını) doldurma cihazının üzərinə qoyun (Şəkil 2a & 2b).
3. Kabelin micro USB ucunu doldurucu cihazının micro USB portuna bağlayın (Şəkil 3a).
4. USB kabelinin digər ucunu smartfonun şəbəkə doldurucusuna (Şəkil 3b) və ya kompüterdə, enerji
bankında yaxud avtomobil üçün doldurucu cihazda oxşar USB portuna birləşdirin.
Doldurma başlanacaq və ekrandakı batareya əlamətləri batareyaların vəziyyətini göstərəcək.
Batareyalar doldurulduğu zaman batareya əlamətləri yaşıl rəngdə yanıb sönəcəklər (
bir dəfəlik batareyalar üçün, batareya əlamətləri sürətlə yanıb sönəcəklər (
5. Batareyalar tam dolduqları zaman (davamlı yaşıl batareya əlamətləri
cihazından ayırın, batareyaları doldurucu(lar)dan çıxarın və doldurucu cihazını elektrik prizdən ayırın.
Batareyaların doldurulması üçün 8-yerli doldurma stansiyasından və 2 doldurucudan istifadə edildikdə,
normal istismar üçün tələb edilən enerji mənbəyi 5V/2A təşkil edir. 8-yerli doldurma stansiyası və 2
doldurucu 5V/2A-dan az enerji mənbəyinə birləşdirilərsə, doldurma üçün enerji kifayət etməyəcək.
Dolduruculardan biri çox ehtimal ki, sönəcək və doldurmağı dayandıracaq.
İlk aşkar edilmiş (sönmə) doldurucudakı 4 LED indikatoru növbə ilə qırmızı və yaşıl yanıb sönəcək və
doldurma dayanacaq, doldurucu stansiya isə gözləmə rejiminə keçəcək (LCD ekranda (
əks olunacaq). Normal istismarın bərpa edilməsi üçün doldurucu çıxarılmalı və 5V/2A enerji mənbəyinə
birləşdirilmiş doldurucu stansiyaya taxılmalıdır.
Qeyd: Əksər kompüterlərdə USB portlar 5V/2A enerji əldə etməyə bilər, bu isə batareyaların
doldurulması üçün yetərsiz enerji şəraitinə səbəb ola bilər.
6. Batareyaların zəiflik əlamətləri ( ) ekranda göstərilirsə, o xüsusi kanal üçün batareyaları dəyişdirin.
7. Doldurucunun istifadə təlimatları üçün, lütfən GP NiMH USB doldurucunun təlimat kitabçasına müraciət
edin.
Ən yüksək keyfiyyət və təhlükəsizlik üçün, həmişə GP NiMH batareyalarından istifadə edin.
İstifadə məsləhətləri
•
Doldurma zamanı batareyaların qızması normaldır və tam olaraq dolduqdan sonra tədricən otaq
temperaturuna qədər soğuyacaqlar.
•
Elektrik cihaz uzun müddət istifadə olmayacaqsa batareyaları cihazdan çıxarın.
•
Batareya saxlanma temperaturası: -25 ~ +60°C
•
Doldurma əməliyyatı temperaturası: 0 ~ +35°C
Təhlükəsizlik məlumatları
•
Bu doldurucu cihaz yalnız NiMH batareyalarının doldurulması üçün hazırlanmışdır. Başqa
batareyaların doldurulması partlayışa, batareyanın deşilməsinə və ya sızmasına, fiziki xəsarətə və ya
əmlakın zədələnməsinə səbəb ola bilər.
•
Bu doldurucu cihaz yalnız qapalı məkanda istifadə edilmək üçün hazırlanmışdır. Doldurucu cihazı
yağış, qar və ya birbaşa günəş işığının təsirlərinə məruz qoymayn.
•
Doldurucu cihazdan rütubətli şəraitdə istifadə etməyin.
•
Doldurucu cihazdan 0 ~ +35°C temperatur diapazonunda istifadə edildiyinə əmin olun.
•
Xəsarət riskini azaltmaq üçün GP NiMH batareyalarından istifadə edilməsi tövsiyə edilir.
•
Təkrar doldurulmayan LiFePO4, NiCD və ya Li-ion batareyalarından istifadə etməyin.
•
Ştekeri zədələnmiş doldurucu cihazından istifadə etməyin.
•
Yerə düşmüş və ya zədələnmiş doldurucudan istifadə etməyin. Doldurucu cihazını açmayın/sökməyin.
•
Bu doldurucu cihaz texniki qulluq tələb etmir, lakin müntəzəm olaraq quru və yumşaq parça ilə
silinməlidir. Abraziv materialdan və ya həlledicilərdən istifadə etməyin. Təmizləməzdən əvvəl doldurucu
cihazı prizdən çıxarın.
•
Cihazdan təhlükəsiz istifadəyə dair müvafiq nəzarət və təlimatlandırma həyata keçirildiyi və aidiyyatı
təhlükələr dərk edildiyi halda bu cihaz 8 yaşlı və daha böyük uşaqlar, habelə məhud fiziki, hissiyyat
və ya əqli qabiliyyətə malik yaxud müvafiq təcrübəsi və ya biliyi olmayan şəxslər tərəfindən istifadə
edilə bilər. Uşaqlar cihazla oynamamalıdır. Nəzarət olmadan təmizləmə və ya texniki qulluq uşaqlar
tərəfindən yerinə yetirilə bilməz.
Bu cihaz FCC Qaydalarının 15-ci Hissəsinin tələblərinə uyğundur. İstismar üçün aşağıdakı iki şərt
gözlənilməlidir: (1) bu cihaz zərərli maneələrə səbəb ola bilməz və 2) bu cihaz daxil olmuş hər hansı
maneəni, o cümlədən arzuedilməz istismara səbəb ola bilən maneələri qəbul etməlidir.
Elektrik cihazlarını çeşidlənməmiş məişət tullantısı kimi atmayın, ayrıca toplama nöqtələrindən
istifadə edin. Mövcud toplama sistemləri ilə bağlı məlumat üçün yerli hökümət orqanları ilə əlaqə
saxlayın. Əgər elektrik cihazları zibilxanalara və ya tullantı poliqonlarına atılarsa, təhlükəli
maddələr qrunt sularına sıza bilər və ərzaq zəncirinə daxil olaraq, sağlamlığınızı və rəfahınızı
zədələyə bilər.
). Xarab və ya
).
), doldurucunu(ları) doldurucu
) simvolu
AZ