Ümumilikdə 7 müxtəlif kəsim
hündürlüyünü qurmaq olar, onlar 25 mm
və 75 mm arasında dəyişirlər.
Kəsim hündürlüyü 1:
ən aşağı kəsim hündürlüyü
Kəsim hündürlüyü 7:
ən yüksək kəsim hündürlüyü
● Kəsim hündürlüyünün quraşdırılması
üçün dəstəyi (1) əllə arxa çarxa
doğru (2) basın və saxlayın.
● Kəsim hündürlüyünü quran dəstəyi (1)
arzu olunan mövqeyə gətirin.
● Kəsim hündürlüyün quran dəstəyi (1)
tədricən buraxın və işə salın.
7.8 Yanacaq və motor yağı
Yaralanma təhlükəsi!
"Sizin təhlükəsizliyinizə dair"
hissəsindəki xəbərdarlıq
göstərişlərinə diqqət yetirin. (
Cihaza ziyan vurulmasının
qarşısını alın!
İşə başlamamışdan əvvəl motor
yağını doldurun (Motorun istifadə
təlimatlarına baxın). VIKING motor
yağını doldurmaq üçün yardımçı
vasitsədən (məs. qıfdan) istifadə
etməyi məsləhət görür. Cihazla
birlikdə belə yardımçı vasitə təqdim
olunmur.
Motor yağı:
Motor üçün ayrıca təmin olunmuş
təlimat kitabçasında istifadə
olunan motor yağı və onun miqdarı ilə
bağlı göstərişlərə diqqət yetirin.
Dolma səviyyəsinə müntəzəm olaraq
nəzarət edin (Motorun istifadə
340
təlimatlarına baxın).
Yağın normadan az və çox olmasına
imkan verməyin.
Yanacaq:
Məsləhət:
Təzə yanacaq:
Motor üçün ayrıca təmin olunmuş
təlimat kitabçasında istifadə olunan
yanacağın keyfiyyəti (oktanın miqdarı) ilə
bağlı göstərişlərə diqqət yetirin:
– Quruşunsuz benzin
Yanacağı doldurmaq üçün qıfdan istifadə
edilməlidir (bu cihazla birlikdə təqdim
olunmur).
8. Təhlükəsizlik qurğusu
Cihaz təhlükəsiz xidmət üçündür və yersiz
8
istifadədən qorunmaq üçün bir çox
təhlükəsizlik hissələri ilə təmin olunub.
Yaralanma təhlükəsi!
4.)
Təhlükəsizlik hissələrindən birində
qüsur aşkar edildikdə cihaz istifadə
oluna bilməz. Distribyutorlara
müraciət edin, VIKING onun adını
daşıyan distribzutorları məsləhət
görür.
8.1 Qoruyucu alət
Ot biçən kəsim bıçağı və atılan maddələrlə
əlaqənin qarşısını alan qoruyucu alətlə
təmin olunub.
buraya qaz çıxan alət, tulanan maddələr
üçün qapaq və müvafiq şəkildə montaj
edilmiş sükan daxildir.
8.2 Mühərrik dayandırıcısı
Ot biçən mühərrik dayandırıcısı-aləti ilə
təmin olunub.
Hərəkətli mexanizmdə mühərrik
dayandırıcısı hissəsi işə salındıqda, daxili
yanna mühərriki dayanır.
Daxili yanma mühərriki və bıçaq 3 saniyə
ərzində dayanır.
Zədə almaq təhlükəsi!
Bıçağın dayanma vaxtı uzun
olarsa, cihazı istifadə etməyin və
distribyutora müraciət edin.
Dayanma vaxtını ölçün
Daxili yanma mühərriki işə salındıqdan
sonra bıçaq fırlanır və külək səsi eşidilir.
Hərəkət müddəti daxili yanma
mühərrikinin dayanmasından sonra
küləyin səsinin müddətinə uyğun gəlir, o
saatla ölçülə bilər.
9. İşə dair göstərişlər
Gözəl və qalın qazonu
– əldə etmək üçün qazonu aşağı gediş
sürəti ilə biçmək lazımdır.
– qazon tez-tez biçilməli və qısa formada
saxlanmalıdır.
– İsti və quru iqlimdə qazon qısa
biçilməzsə, günəş onu yandıra və
görünməz edə bilər.
– əgər iti biçim bıçağından istifadə
olunarsa, bıçaq müntəzəm olaraq
itilənməlidir (distribyutorlar).
– kəsim istiqaməti müntəzəm olaraq
dəyişdirilməlidir.
0478 111 9827 A - AZ